Baş səhifə İqtisadi Xəbərlər Layihələr Lisenziyalar Mediada Biz Sertifikatlar Uğurlarımız Video
“Babək” strukturunda 3D-seysmik tədqiqatlar keçirilib
Bölmə:İqtisadi Xəbərlər

Xəzərin Azərbaycan sektorundakı “Babək” perspektivli strukturunda aparılan üçölçülü geofiziki tədqiqatlar zamanı əldə edilən məlumatların işlənməsi üzrə işlər aparılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azneft” İstehsalat Birliyinin (İB) yaydığı məlumatda deyilir.

“Azneft”in sifarişi ilə Xəzərin Azərbaycan sektorundakı “Babək” strukturunda 3D-seysmik tədqiqatlar keçirilib. Hazırda əldə edilən məlumatların işlənməsi ilə bağlı işlər aparılır”, – məlumatda deyilir.

Müqavilə sahəsində işlər “Caspian Geophysical” şirkəti tərəfindən “Gilavar” geofiziki gəmisi vasitəsi ilə aparılıb.